Hizbullah İsrail rejiminin mövqelərini 60-dan çox raketlə hədəfə alıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i412026-hizbullah_İsrail_rejiminin_mövqelərini_60_dan_çox_raketlə_hədəfə_alıb
Sionist Ordu Radiosu Livan Hizbullahının ötən gün işğal altındakı Fələstinə 60-dan çox raket atdığını elan edib.
(last modified 2024-06-15T08:50:30+00:00 )
İyun 15, 2024 12:48 Asia/Baku
  • Hizbullah İsrail rejiminin mövqelərini 60-dan çox raketlə hədəfə alıb

Sionist Ordu Radiosu Livan Hizbullahının ötən gün işğal altındakı Fələstinə 60-dan çox raket atdığını elan edib.

  SəhərAzəri-nin məlumatına əsasən,“Əl-Cəzirə”nin sionist ordu radiosunun verdiyi məlumata görə, İşğal olunmuş ərazilərin şimal cəbhəsində yanğın hələ də söndürülməyib və Livan Hizbullahı hələ də İsrail ordusunun (rejiminin) təxribatlarına sərt cavab verir.

Qeyd edək ki, bundan öncə ivritdilli medialar Hizbullahın raket hücumlarının nəticəsində İşğal atında olan Bəram bölgəsində baş verən yanğın nəzarət etmək üçün dörd yanğınsöndürmə qrupunun əraziyə cəlb edildiyi bildirilmişdi.

Ötən bir neçə ayda sionist rejimin Qəzzədə törətdiyi dəhşətli cinayətlər və bu bölgədə fələstinlilərə qarşı baş vermiş soyqırımına cavab olaraq Livan Hizbullahı Sionist şimal ərazisində yerləşmiş rejimin hərbi mövqeləri hədəfə alıb.

Hizbullahın apardığı bu əməliyyatlardan sonra indiyədək on minlərlə sionist Livan sərhədləri yaxınlığındakı yaşayış məntəqələrini tərk ediblər.