Pezeşkian Əsədlə telefon danışığında:
Suriya ilə əlaqələrin genişləndirilməsi İranın strateji siyasətidir
İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian İran və Suriya əlaqələrinin möhkəm təməllər üzərində qurulduğunu bəyan edərək, ikitərəfli əlaqələrin genişləndirilməsini İslam Respublikasının “strateji siyasəti” hesab edib və deyib: "Biz bu strategiyanın tam güclə davam etməsi və iki tərəf arasında münasibətlərin daha da möhkəmlənməsi üçün əlimizdən gələni edəcəyik".
Suriya prezidenti Bəşşar Əsəd Bu gün İranın yeni seçilmiş prezidentinə zəng edib. Prezident Əsəd telefon söhbəti zamanı Pezeşkianla danışmaqdan məmnun olduğunu bildirib və ona İran prezidenti kimi milli məsuliyyətini yerinə yetirməkdə uğurlar arzulayıb.
Suriya prezidenti qeyd edib ki, hər iki tərəf öz ölkələrində prezidentlik vəzifələrini yerinə yetirməklə yanaşı, tibb elmi sahəsində ixtisasları səbəbindən də onunla İranın seçilmiş prezidenti arasında ortaq məxrəc var.
Əsəd İran xalqını “qədim və parlaq sivilizasiyaya və böyük nailiyyətlərə malik bir xalq və İranı güclü ölkə adlandırıb və əlavə edib: "Suriya ilə İran İslam Respublikası arasındakı münasibətlər çox möhkəmdir və çətin günlərdə bir-birini dəstəkləməyə əsaslanır. Suriyanın 8 illik müharibə zamanı İranı dəstəklədiyi kimi İran da Suriyaya qarşı tətbiq edilən vətəndaş müharibəsində zamanı bizi dəstəklədi".
Əsəd daha sonra İran və Suriya arasındakı münasibətləri Qərbi Asiya regionunda sabitliyin əsası və dünyanın bu hissəsində xarici hegemonluğa qarşı çəkindirici amil kimi xarakterizə edib.
O, İranın yeni seçilmiş prezidentinə deyib: "Sizin əməkdaşlığınızla biz bu əlaqələri daha da gücləndirməyə və möhkəmləndirməyə çalışacağıq".
Pezeşkian da bu telefon danışığında prezident Əsədin seçkilərdə qələbəsi münasibətilə təbrik mesajına görə minnətdarlığını bildirib.
O, həmçinin bir həkim olan bir prezident kimi Suriya prezidenti ilə danışmaqdan məmnunluğunu ifadə edib və davamında mərhum prezident İbrahim Rəisinin helikopter qəzasında şəhid olmasından sonra onun İran xalqı ilə həmrəylik ifadə etmək üçün Tehrana səfərini və bu münasibətlə Suriyada üç günlük ümumi matəm elan edilməsini yüksək qiymətləndirib.
İranın yeni seçilmiş prezidenti iki ölkə arasında bağlanmış “yaxşı razılaşmalara” toxunaraq, bu sənədlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb və qeyd edib ki, İran İslam Respublikasının Fələstinə, müqavimət cəbhəsinə və İranın strateji müttəfiqi kimi Suriya hökuməti və xalqına dəstəkləməyə dair siyasətləri İslam İnqilabının Ali Məqamlı Rəhbərinin himayəsi və rəhbərliyi ilə davam edəcək. Ümid edirəm ki, İran və Suriya və bütün İslam ölkələri arasında birlik və dostluq günü-gündən daha da möhkəmlənəcək."