Nəsrullah: Müsəlmanların birliyi Əl-Əqsa Tufanının nəticəsidir
Livan Hizbullahının baş katibi müsəlmanlar arasında birliyin və məzhəblərarası gərginliyin azaldılmasını Əl-Əqsa Tufanının mühüm nailiyyətləri hesab edib.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah çərşənbə axşamı Aşura gecəsi ilə bağlı çıxışında “Əl-Əqsa Tufanı” əməliyyatına toxunaraq, deyib: "Bir çoxları Qəzzəni dəstəkləməkdə uğursuzluğa düçar oldular və bəziləri öz uğursuzluqlarını ört-basdır etmək üçün məzhəb məsələlərini canlandırmağa, köhnə işləri açmağa və nifrət yaymağa əl atdılar.
Nəsrullah əlavə edib ki, Əl-Əqsa Tufanı döyüşü qələbə ilə başa çatdıqdan sonra bu əməliyyatın mübarək nəticələrindən biri olan İsrail təhlükəsi qarşısında müsəlmanların birliyini məhv etmək üçün məzhəb davaları yenidən canlanacaq.
Livan Hizbullahının baş katibi qeyd edib ki, qatil İsrail rejimi ilə ilə döyüşün üfüqü aydındır və Quranın vədidir ki, sionist rejim məhv olacaq.
Nəsrullah əlavə edib: "Əl-Əqsa Tufanı döyüşü regionda sionist varlığın üzləşdiyi və etiraf etdiyi ən uzun və ən böyük döyüşlərdən biridir və onun əhəmiyyəti odur ki, bu, xalqların və müqavimət hərəkatlarının döyüşüdür".
Livan Hizbullahının baş katibi davam edib: "Düşmənin alimləri və ekspertləri təxmin edirlər ki, bu rejimin məhvi yaranmasından 70-80 il sonra baş verəcək və onların təbii, tarixi və sosial məlumatları rejimin həssas mərhələyə çatdığını göstərir".