İran və Hizbullahın İsrailə hücumu qətidirdir, lakin bu zaman aparacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i413635-İran_və_hizbullahın_İsrailə_hücumu_qətidirdir_lakin_bu_zaman_aparacaq
Sionist rejim ordusunun ehtiyatda olan generalı İran İslam Respublikası və Livan Hizbullahının HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə və Hizbullahın ali komandiri Fuad Şükrün terror edilməsinə cavabının qəti olduğundan xəbər verib.
(last modified 2024-08-14T09:32:12+00:00 )
Avq 14, 2024 10:30 Asia/Baku
  • İran və Hizbullahın İsrailə hücumu qətidirdir, lakin bu zaman aparacaq

Sionist rejim ordusunun ehtiyatda olan generalı İran İslam Respublikası və Livan Hizbullahının HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə və Hizbullahın ali komandiri Fuad Şükrün terror edilməsinə cavabının qəti olduğundan xəbər verib.

İran və Hizbullahın reaksiyasının qorxusu sionistləri bir an belə rahat buraxmır və ən son açıqlamada sionist rejimin yüksək rütbəli hərbçisi bu mövzuya münasibət bildirib.  

Sionist rejimin 13-cü telekanalı işğalçı rejim ordunun ehtiyatda olan polkovniki Alon Avitardan sitat gətirərək, yazıb ki, Hizbullah və İran hələ İsrailə öz həddini bildirməyib

O, əlavə edib: "Hizbullah və İran tərəfindən qisasçıların reaksiyası gəlir”.

Yüksək rütbəli sionist hərbçi əlavə edib: "Bu reaksiya qətidir, lakin vaxt aparacaq və mütləq müəyyən bir tarixlə bağlı deyil".