Sen 14, 2024 12:56 Asia/Baku
  • Qatil İsrail rejimi Qəzzə qətliamına davam edir

İsrail rejim qüvvələrinin bu səhər Qəzzənin şərqində yaşayış evinə endirdiyi zərbə nəticəsində 9 nəfər günahsız fələstinli vətəndaş şəhid olub.

Fələstin xilas etmə qrupu bu hücumla əlaqədar elan edib ki, şəhid olmuş 9 nəfərdən 4-ü uşaq və 3-ü qadındır.

“Əl-Fəttah” məntəqəsində yerləşən “Əş-Şücaiyyə” məktəbi yaxınlığındakı evə edilmiş hücum nəticəsində bir neçə nəfərin itkin düşdüyü də bildirilir.

Fələstin Səhiyyə Təşkilatı sionist rejimin ötən ilin oktyabrın-7-dən indiyədək  Qəzzədə törətdiyi qanlı qətliamların nəticəsində 41 min 118 nəfər fələstinlinin şəhid edildiyi xəbərini elan edib.

 

Teqlər