Sen 20, 2024 12:20 Asia/Baku
  • Biz hər şeyə hazırıq!

"İran, İraq və Suriya İslam Respublikasına yaralıların müalicəsi üçün göstərdiyi yardıma görə təşəkkür edirəm. İstər daxildə, istərsə də cəbhə xəttində şəhid olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram."

Livan Hizbullahının baş katibi düşmənin hərəkətini müharibənin elan olunması adlandırıb.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah öz çıxışında deyibdir ki: Bu hərəkət böyük bir terror əməliyyatı, qırğın və qətldir və onu müharibə cinayəti və müharibənin elan olunması adlandırmaq olar.

Seyid Həsən Nəsrullah söyləyib: Sionist düşmən çərşənbə axşamı günü minlərlə peycer aparatını eyni zamanda partlatdı. Düşmən bu hərəkətdə bütün qanun, qırmızı xətlər və qaydaları pozdu və heç bir qanuni, insani və əxlaqi məsələyə məhəl qoymadı. Bəzi partlayışlar xəstəxanalar, bazarlar, küçə və prospektlərdə baş verdi.

Livan Hizbullahının baş katibi əlavə edib: Düşmən çərşənbə günü simsiz rabitə aparatlarını partlatdı. Bu hücumlar nəticəsində onlarla nəfər, o sıradan uşaqlar, qadınlar və mülkilər şəhid oldu və minlərlə nəfər yaralandı.

Düşmən bilirdi ki, peycerlərin sayı dörd min ədəddən çoxdur. Sionist düşmən bir dəqiqədə dörd insanı qətlə yetirməyi planlaşdırırdı. Düşmən ümumilkdə iki dəqiqədə beş min insanı qətlə yetirmək istəyirdi- deyən Seyid Həsən Nəsrullah vurğulayıb: İraq, Suriya və İran İslam Respublikası dövlətləri kimi Livana tibbi təchizatlar və tibb kadrı göndərən, həmçinin dəstək verən ölkələrə təşşəkkür etməliyəm. İran onlarla yaralını köçürmək üçün Livana bir ədəd təyyarə də göndərdi və onlar dünən İrana köçürüldülər; digər təyyarələr də Livana gələcəklər.

Seyid Həsən Nəsrullah söyləyib: Düşmən bilməlidir ki, bizim iradəmizə və infrastrukturlarımıza ziyan vura bilməz. Bu düşmən axmaq və maymaqdır; müqavimət tərəfdarlarının mənəvi dərinliyini dərk etmir.

Nəsrullah əlavə edib: Düşmənin döyüşlərin ağırlıq mərkəzinin şimala köçürülməsi barədəki sözləri fərqlidir. Onlar sionist qəsəbə sakinlərinin işğal olunmuş Fələstinin şimalına qaytarılmaları barədə müharibə məqsədlərinin genişləndirilməsindən danışırlar. Sionist qəsəbə sakinlərinin şimala qaytarılmalarının yeganə yolu, qərb sahilinə və Qəzzəyə qarşı hücumların dayandırılmasıdır.

Livan Hizbullahının baş katibi əlavə edib: Şimalda baş verənlər İsrail üçün ilk tarixi məğlubiyyətdir.

Seyid Həsən Nəsrullah söyləyib: Livan cəbhəsini durdurmaq üçün xeyli təzyiq, təhdid və təcavüzlər həyata keçirilir ki, son zərbə də elə bu çərçivədədir.