İsrail rejim qırıcıları Dahiyəyə 30-dan çox hava hücumu edib
Ötən gecə Beyrutun cənubundakı Dahiyə məntəqəsi sionist rejimin qırıcı bombardmanları tərəfindən 30-dan çox hücuma məruz qalıb. Rejim qüvvələrinin hücumları səhər saatlarına qədər ardıcıl olaraq davam edib.
Yerli mənbələr sionist rejimin Beyrutun bəzi bölgələrinə etdiyi təcavüzün üçüncü fazasının başladıldığı haqda məlumat verib.
“Əl-Məyadin” müxbiri həmçinin bildirib ki, işğalçı İsrail rejiminin qırıcıları Beyrutun cənubda yerləşən “Əl-Bəracənə” bürcünü hədəf alıb.
Təcavüzkar İsrail ordusu Livanın cənubuna etdiyi bu hücumların ardınca Hizbullahın raket bölməsi komandirinin müavini ilə birlikdə terror etdiyini iddia edib.
“Fələstin Əlyovm” xəbər saytının məlumatına görə, təcavüzkar xunta rejiminin ordusu Hizbullah raket bölməsinin komandiri və onun müavinin adlarını açıqlayıb. Onların Məhəmməd Əli İsmayıl və Hüseyn Əhməd İsmayıl olduğu bildirilib.
Bundan əlavə qəsbkar İsrail rejimi həmçinin Livanın cənubundakı təcavüzkar əməliyyatlarda Hizbullahın səhra komandirlərini və digər hərəkat üzvlərini öldürdüyünü iddia edib.
Hizbullah sionist rejimin bu iddialarına hələ ki, reaksiya verməyib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarından Livana getməməyi və orada olanların dərhal ölkəni tərk etmələrini istəyib.