Livan Hizbullahı əməliyyatlara davam edir
Livan Hizbullahı işğal altındakı Fələstin ərazilərinin şimalında yerləşən düşmən sionist qüvvələrinin Əl-Cəlildəki hərbi baza və obyektlərinə raket zərbələri endirib.
Hərəkatın raket zərbələrindən sonra sionist rejim mətbuatı Əl-Cəlilin geniş ərazilərində həyəcan sirenlərinin çaldığını bildirib.
Livan müqaviməti bəyanat yayaraq, işğal altındakı Safed şəhərini geniş raket hücumu ilə hədəfə alındığını elan edib. Bəyanatda bildirilir ki, bu əməliyyat Livan və Qəzzəyə dəstək və sionist düşmənin təcavüzünə cavab olaraq həyata keçirilib.
İsrailin “Kanal 12” telekanalı da Livanın cənubundan atılan 4 raketin Safed və yuxarı Əl-Cəlalilə düşdüyünü açıqlayıb.
Sionist mənbələr bildirib ki, Səfada raket hücumu şəhərə dağıdıcı zərbələr vurub.
Rejim mediasının məlumatına görə, bu əməliyyatlar nəticəsində Kərmail, Saxnin və Deyrül-Əsəddə həyəcan sirenləri işə düşüb.
Bəzi mənbələr Nahariya, Şəlomi, Soxnin və Karmailə raket hücumlarının olduğu barədə də məlumat veriblər.
Sionist rejimin Beyrutun cənubundakı Dahiyəyə təcavüzkar hücumlarının ardınca liman şəhəri Hayfanın Livanın cənubundan raketlərlə hədəfə alındığı xəbərləri də yayılıb.
Sionist media mənbələri həmçinin bildiriblər ki, Beyrutun cənub ətrafına hücumdan və Hizbullahın əks-əməliyyatı ola biləcəyi ehtimalından sonra bütün işğal olunmuş ərazilərdə sığınacaqların açıq olduğu elan edilib.
Qeyd edək ki, sionist rejimin Beyrutun cənubunda yerləşən Dahiyə yaşayış məntəqəsinə və əhalinin sıx məskunlaşdığı ərazilərə təcavüzkar cinayəti nəticəsində onlarla insanın şəhid olduğu və bir çox insanın yaralandığı bildirilib.