Müqavimət qüvvələrinin PUA hücumu Təl-Əvivin şimalını qaranlığa bürüyüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i415249-müqavimət_qüvvələrinin_pua_hücumu_təl_Əvivin_şimalını_qaranlığa_bürüyüb
Müqavimət qüvvələrinin dünən Hertsliya bölgəsinə qarşı PUA hücumu Təl-Əvivin şimalının elektrikini kəsibdir.
(last modified 2024-10-12T05:22:36+00:00 )
Okt 12, 2024 09:18 Asia/Baku
  • Müqavimət qüvvələrinin PUA hücumu Təl-Əvivin şimalını qaranlığa bürüyüb

Müqavimət qüvvələrinin dünən Hertsliya bölgəsinə qarşı PUA hücumu Təl-Əvivin şimalının elektrikini kəsibdir.

Sionist mənbələr Təl-Əvivə tərəf buraxılan PUA-nın bu şəhərin şimalında yerləşən Hertsliya bölgəsindəki bir binaya dəydiyini bildiriblər.

Sionist rejimin on ikinci telekanalı təsdiq edibdir ki, Hertsliyanın elektriki/ həyəcan siqnalının səsləndirilməsi və pilotsuz uçuş aparatının daxil olmasından sonra kəsilibdir.

Sionist «Yediot Aharnot» qəzeti də Təl-Əviv bölgəsində güclü partlayış səsinin eşidildiyini bildirib.

Sionist rejim ordusu qeyd edibdir ki, iki PUA Livandan atılıb və müdafiə sistemləri onlardan birinin izinə düşüblər.