Müharibə və gərginlik istəmirik, amma hər hansı ssenariyə hazırıq
Okt 13, 2024 17:42 Asia/Baku
İran İslam Respublikasının xarici işlər naziri Bağdada səfərdə məqsədinin region olayları barədə iraqlı rəsmilərlə fikir mübadiləsi aparmaq və regional məşvərət etmək olduğunu bildirib.
Seyid Abbas İraqçı sionist rejimin regionda gərginliyi şiddətləndirmək üzrə hər hansı addımı barədə belə deyib: Biz müharibə və gərginlik istəmirik, amma hər hansı ssenariyə hazırıq.
İran xarici işlər naziri Bağdada daxil olarkən verdiyi müsahibədə iki ölkənin region məsələləri sahəsindəki mövqelərinin müştərək olduğunu bildirib. O, iraqlı rəsmilərin region və Livan hadisələri barədəki mövqelərini yaxşı dəyərləndirib.
Beləliklə, bizim məqsədimiz, region ölkələrinin köməyilə hər bir fəlakətin qarşısını almaqdır- deyə, İran xarici işlər naziri vurğulayıb.