Okt 23, 2024 13:22 Asia/Baku
  • Livandan İsrailin hava limanlarına raketlər atılıb

Xəbər mənbələri Livan ərazisindən işğal olunmuş Fələstin ərazilərindəki Ben Qurion və Ramat David hava limanlarına raketlərin atıldığını bildirib.

Sionist rejimin rəsmi televiziyası çərşənbə günü səhər saatlarında Tel-Əvivdə partlayış səsinin eşidildiyini və bunun Ben Qurion hava limanının bağlanmasına səbəb olduğunu bildirib.

Sionist rejim mediaları, həmçinin işğal altındakı Hayfa şəhərinin şərqində yerləşən Mərc İbni Amer bölgəsindəki Ramat David hərbi hava limanına raketlərin atıldığını qeyd edib.

Hazırda Livanın şərqi sərhədinə yaxın sionist sakinli qəsəbələrdə, həmçinin Təl-Əvivin mərkəzində və digər ərazilərdə həyəcan siqnalları səslənir.

Təl-Əvivə raket hücumlarından sonra çox sayda insan panikaya düşərək, sığınacaqlara doğru qaçıb, nəticədə həddindən artıq sıxlıq səbəbindən bir neçə yaralı var.

Sionist mənbələrin bildirdiyinə görə, raketlər Livan ərazisindən atılıb və iddia edilib ki, Təl-Əvivə atılan raketlərdən ikisi ələ keçirilib.

Hizbullah bir gündə işğal olunmuş Fələstin və Livanın cənubunda sionist rejimin mövqeləri, canlı qüvvələri, hədəfləri, zirehli texnikası, yaşayış məntəqələri, təyyarələri və bazalarına qarşı 39 əməliyyat keçirərək, rekorda imza atıb.

 

Teqlər