Okt 26, 2024 13:06 Asia/Baku
  • Sionist rejimin cinayətlərinin nəticəsi: 52 min nəfərdən çox şəhid və itkin

Qəzzədə dövlət informasiya ofisi biıdiribdir ki, bu anadək on min nəfərin itkin düşdüyü halda, qırx iki min səkkiz yüz səksən beş nəfər şəhid xəstəxanalara köçürülüb.

Ofis qeyd edibdir ki, müharibənin üç yüz səksən beşinci günündə sionist rejim ordusu Qəzzədə üç min yeddi yüz otuz səkkiz qətli-am törədib.

Qəzzədə dövlət informasiya ofisinin bildirdiyinə görə, on yeddi min iki yüz on uşaq və on bir min yeddi yüz qırx iki qadın şəhid olub.

Ofis qeyd edir ki, min iki yüz altı fələstinli ailənin bütün üzvləri sionist rejim tərəfindən qətli-am ediliblər.

Ofisin məlumatında sonra belə deyilir: Sionist rejim min qırx yeddi tibb və səksən beş mülki müdafiə işçisini, həmçinin yüz yetmiş yeddi jurnalisti şəhid edib.

 

Teqlər