Noy 10, 2024 15:39 Asia/Baku
  • Hizbullah İsrailin hərbi mərkəzlərini dağıdır

Livan Hizbullahı ilk dəfə olaraq sionist rejimin hərbi rabitə bazasını intiharçı pilotsuz uçuş aparatları ilə hədəfə alıb.

Təsnim Beynəlxalq Xəbər Agentliyinin məlumatına görə, Hizbullah Qəzzə zolağında müqavimət göstərən Fələstin xalqının müdafiəsi və onun şərəfli və cəsur müqaviməti, Livan xalqının müdafiəsi istiqamətində öz əməliyyatlarını davam etdirir. Hizbullah bir bəyanatda bildirib ki, İsrail rejiminin törətdiyi cinayətlərə cavab olaraq İslami Müqavimət döyüşçüləri Labbeyk ya Nəsrullah kodu ilə şənbə günü axşam saatlarında ilk dəfə olaraq sionist rejimin Ayn Xuzlot bazasını hədəfə alıb.

Bu baza Livan və işğal olunmuş Fələstinin sərhədlərindən 55 km aralıda və Tiberiya gölünün cənubunda yerləşir.

Digər bir xəbərə görə isə Hizbullah ilk dəfə olaraq Təl-Əvivin cənubundakı Malam hərbi sənaye fabrikini unikal raketlərlə hədəfə aldığını açıqlayıb. Bu hərbi fabrik Livan sərhədindən 132 kilometr aralıda yerləşir.

Hizbullahın başqa bir bəyanatında bildirilir ki, İslami Müqavimət döyüşçüləri işğal altındakı Hayfa şəhərində bu rejimin Hərbi Hava Qüvvələrinə aid Təlim Kollecinə və Hayfa Texnologiya Bazasına PUA hücumları təşkil edib.

Bundan əlavə Livan Hizbullahı işğal altındakı Fələstinin şimalında Miron Hava Nəzarət Bazasına üç dəfə raket zərbəsi endirdiyini açıqlayıb.

 

Teqlər