Sionist rejimin müharibə nazirliyinin şöbə müdiri istefa verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i416002-sionist_rejimin_müharibə_nazirliyinin_şöbə_müdiri_istefa_verib
Sionist media mənbələri dünən sionist rejimin müharibə nazirliyinin şöbə müdiri Eyal Zamirin istefa verdiyini bildiriblər.
(last modified 2024-11-12T05:14:32+00:00 )
Noy 12, 2024 07:59 Asia/Baku
  • Sionist rejimin müharibə nazirliyinin şöbə müdiri istefa verib

Sionist media mənbələri dünən sionist rejimin müharibə nazirliyinin şöbə müdiri Eyal Zamirin istefa verdiyini bildiriblər.

Sionist medialar bu istefanın səbəbini bildirməsələr də, sözügedən istefanın da sionist rejimin müharibə nazirinin kənarlaşdırılması ilə əlaqədar olduğu nəzərə gəlir.

Sionist rejimin baş naziri Benyamin Netanyahu noyabrın beşində bu rejimin müharibə naziri Yoav Qalantı vəzifəsindən kənarlaşdırdı.

Son zamanlar sionist rejim əsirlərinin işləri üzrə məsul şəxsin müavini briqada generalı Oren Setter, bu rejimin qərb sahilindəki polis komandanı Uzi Livi və işğalçı rejim ordusunun 8200-cü hərbi kəşfiyyat bölməsinin komandiri Yossi Şariel vəzifələrindən istefa veriblər.

Belə görünür ki, sionist rejimin hərbi başçıları arasındakı seriallıq istefaların davam etməsi, müharibənin on dördüncü aya girməsinə rəğmən, bu rejimin yeddi oktyabr 2023-cü il tarixindəki məğlubiyyəti və işğalçı rejimin müharibənin hədəflərinin reallaşmasındakı uğursuzluğu ilə bağlıdır.