Noy 13, 2024 13:16 Asia/Baku
  • İşğal olunmuş ərazilərdən mühacirət 42 faiz artıb

Sionist rejim tərəfindən açıqlanan statistikaya görə, 2022-ci ilin sonunda Benyamin Netanyahunun hazırkı kabinetinin formalaşmasından sonra işğal olunmuş ərazilərdən mühacirət edən sionistlərin sayında 42 faiz artım müşahidə olunur.

İvrit dilli internet saytı “Ynet”in verdiyi məlumata əsasən, sionist rejimin Mərkəzi Statistika İdarəsinin açıqladığı statistika, sionist rejimin 2023-cü il oktyabrın 7-də Qəzzədə soyqırım müharibəsi başlamazdan əvvəl Fələstinin 1948-ci ildə işğal edilmiş ərazilərini tərk etməyə qərar verən sionistlərin sayı artıb.

Bu xəbər saytı “Şuriş” Sosial və İqtisadi Araşdırmalar İnstitutuna istinadən və sionist rejimin Mərkəzi Statistika Bürosunun statistikasına əsaslanaraq, bildirib ki, Netanyahunun hazırkı Nazirlər Kabinetinin formalaşmasından bir neçə ay sonra işğal olunmuş Fələstinin hüdudlarından kənarda həyatlarını davam etdirməyə üstünlük verən sionistlərin sayı 42 faiz artıb.