Noy 20, 2024 09:57 Asia/Baku
  • Netanyahu didərgin vəziyyətinə düşüb!

Xunta rejiminin kəşfiyyat orqanı Şabak baş nazirə iqamətgahlarından uzaq qalmağı məsləhət görüb.

Bu məlumata əsasən, ibranidilli media Şabakın sionist rejimin baş nazirinin Qeysəriyyə və Qüdsdəki iqamətgahlarının qorunmasını gücləndirməyə çağırıbdır.

Ynet xəbər saytı yazır ki, Hizbullahın Qeysəriyyəyə PUA zərbəsi endirməsindən sonra Şabak Netanyahunun Qüdsdəki Balfor küçəsindəki iqamətgahı da daxil olmaqla iqamətgahlarının istehkamlarını artırmaq qərarına gəldiyini açıqlayıb.

Bu arada İsrail rejiminin keçmiş müharibə naziri Netanyahu hökumətini “cinayətkar” adlandıraraq, ümummilli küçə etirazına çağırıb.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, keçmiş müharibə naziri “X” sosial şəbəkəsində Benyamin Netanyahunun kabinetini sərt tənqid edən Moşe Yaalon yazıb: “Əgər bir qrup müxalifəti məhv etməklə hədələyirsə, deməli o qrup cinayətkar dəstədir!

O qeyd edib ki, radikal və korrupsioner hökumət İsrali məhvə sürükləyir. Bu səbəbdən liberal yəhudi dövlətinin gələcəyinə diqqət yetirən hər kəs küçələrə çıxmağa hazır olmalı, faşist diktaturanın qarşısını almaq üçün meydanda olmalıdır.