Əsəd hökumətinin çökməsinin daxili səbəbləri
Suriyada Bəşər Əsəd 24 ildən sonra devrildi. Bəşər Əsədin süqutu ilə bağlı xeyli sayda daxili və xarici səbəblər var, amma daxili səbəblər daha çox önəm kəsb edir.
Suriyada Bəşər Əsəd hökumətinin çökməsinin ən mühüm səbəblərindən biri, bu ölkənin iqtisadi problemlərinin şiddətlənməsi və onun xalqın hökumətə dəstəyinə təsiri olub.
Terrorçularla yeddiillik müharibədən, həmçinin Suriyanın infrastrukturlarının məhv olması və onun gəlir mənbələrinin yoxa çıxmasından, eləcə də Amerika hökuməti tərəfindən Suriya əleyhinə sanksiyaların tətbiqindən sonra bu ölkənin iqtisadi problemləri kəskin tərzdə artdı.
Misli görünməmiş inflyasiya əslində Bəşər Əsəd quruluşunun öz xalq dayağını itirməsinə səbəb oldu. Suriya quruluşunun süqut etməsində rol oynayan ikinci mühüm amil, ordunun Suriyadakı mövqeyi olub.
Suriya ordusu 2011-ci ildən 2017-ci ilədək bu ölkənin ərazi bütövlüyünə qəti dəstəyi həyata keçirdi. Bu ordu terrorçularla mübarizədə böyük rola malik olub. Bununla belə, Suriya ordusu müxalifət qruplarının hərəkətlərinin yeni mərhələsində onların qarşısında dayanmadı.
İqtisadi problemlər də Suriya ordusuna təsir göstərdi. Bu istiqamətdə ordu üzvlərinin yüksək inflyasiya qarşısındakı aşağı maaşları/ hökumət dəyişikliyinin onlar üçün önəmsiz olmasına bais oldu.
Üçüncü mühüm daxili amil isə bu idi ki, Bəşər Əsəd terrorçuların 2017-ci ildə məğlub olmalarından sonra və ötən yeddi il ərzində Suriyanın güc strukturunda islahat aparmaq üçün əslində heç bir səy göstərmədi. Belə bir halda, tənqidçi qruplar, həmçinin bu ölkə sistemi ilə müxalif qruplar qüdrətdən kənarda qalmaqda davam etdilər. Bu məsələ də müxalif qrupların keçən aylar ərzində terrorçu qruplarla əl-ələ verib, Suriya quruluşu əleyhinə ittifaq formalaşdırmalarına və Suriyada Əsəd hökumətinin devrilməsi istiqamətində hərəkət etmələrinə səbəb oldu.