Yəmən Silahlı Qüvvələri 9 saat Truman gəmisi ilə döyüşüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i417525-yəmən_silahlı_qüvvələri_9_saat_truman_gəmisi_ilə_döyüşüb
Yəmən Silahlı Qüvvələrinin sözçüsü verdiyi açıqlamada bildirib ki, bu ölkənin silahlı qüvvələri Qırmızı dənizdə beşinci dəfə olaraq, ABŞ-ın Truman təyyarədaşıyan gəmisini hədəfə alıblar.
(last modified 2025-01-12T07:53:01+00:00 )
Yan 12, 2025 11:51 Asia/Baku
  • Yəmən Silahlı Qüvvələri 9 saat Truman gəmisi ilə döyüşüb

Yəmən Silahlı Qüvvələrinin sözçüsü verdiyi açıqlamada bildirib ki, bu ölkənin silahlı qüvvələri Qırmızı dənizdə beşinci dəfə olaraq, ABŞ-ın Truman təyyarədaşıyan gəmisini hədəfə alıblar.

  Yəhya Səri deyib: "Bu əməliyyat 9 saat davam edib və ABŞ gəmisi oxlu sayda qanadlı raketlər və pilotsuz uçan aparatlarla hədəfə alınıb. Yəhya Səri əməliyyatın uğurla həyata keçirildiyini, daşıyıcının Qırmızı dənizin şimalının ən uzaq nöqtəsinə qaçmağa məcbur olduğunu qeyd edib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü, həmçinin bu əməliyyatların sionist rejim və onun havadarlarının Qəzzə xalqına qarşı təcavüzləri dayanana və Qəzzənin mühasirəsi götürülənə qədər davam etdiriləcəyini vurğulayıb.