Yan 12, 2025 15:31 Asia/Baku
  • Təl-Əvivdə rejim əleyhinə etiraz aksiyası zorakılığa çevrilib

Xəbər mənbələri bildiriblər ki, sionist rejim hərbçiləri Qəzzə zolağında saxlanılan sionist əsirlərin ailələri və tərəfdarlarının Təl-Əvivdə keçirilən aksiyasını dağıdıblar.

Fələstin mediasının məlumatına görə, şənbə gecəsi sionist məhbusların ailələri, yaxınlarını Qəzzədən geri qaytarmaq üçün rejimin Fələstin müqavimət qrupları ilə razılığa gəlməsi tələbi ilə etiraz aksiyası keçiriblər. 

Etirazçıları dağıtmaq niyyətində olan İsrail hərbçiləri uğursuzluğa düçar olduqdan sonra onlarla toqquşublar və onları yatırıblar. 

Qəzzədə saxlanılan sionist əsirlərin ailələri övladlarının əsirlikdə qalmasına görə başda Netanyahunun başçılıq etdiyi sionist rejimin nazirlər kabinetini günahlandırırlar. Buna görə də  2023-cü il 7 oktyabrdan bu yana demək olar ki, hər gün işğal olunmuş Fələstin ərazilərinin müxtəlif şəhərlərində etiraz aksiyaları keçirir, Netanyahunun vəzifəsindən kənarlaşdırılmasını tələb edirlər. 

Qəzzə zolağındakı Fələstin müqaviməti 2023-cü il oktyabrın 7-də qəfil bir əməliyyatda Qəzzəyə bitişik sionist sakinli qəsəbələrə daxil olub və təxminən 250 sionisti əsir götürüb.

Bu əsirlərin bir bir qismi humanitar aksiya çərçivəsində azad edilib, bir qismi isə sionist rejim ilə HƏMAS hərəkatı arasında əsir mübadiləsi əməliyyatı zamanı azad edilib; Lakin onların bir neçəsi işğalçı rejimin ifratçı kabinetinin laqeydliyi və sionistlərin Qəzzəy vəhşi hücumlarının davam etməsi nəticəsində sionistlərin özləri tərəfindən öldürülüb. 

Teqlər