Fev 02, 2025 13:05 Asia/Baku
  • Heç bir şəraitdə Qəzzə əhalisini köçməyə məcbur etmək olmaz

Sionist rejim ordusunun dəniz qüvvələrinin keçmiş komandanı Eliezer Marom bildiribdir ki, heç bir şəraitdə Qəzzə əhalisini köçməyə məcbur etmək olmaz.

Donald Trampın fələstinlilərin Qəzzə zolağından köçürülmələri barədəki sözlərinə reaksiya verən  Marom, belə deyib: Bu sözlər qeyri-realdır və Qəzzə sakinlərini asanlıqla öz yaşadıqları məkandan çıxarmaq olmaz.

Marom belə bir cəhətə də işarə edibdir ki: Bu gün Qəzzə sakinlərini zorla çıxarmaq imkanı da yoxdur.

Bu sözlər sionist rejimin öz siyasətlərinin icrasındakı acizliyi, habelə Qəzzə əhalisinin təzyiq və təhdidlər qarşısında müqavimət üzrə əzmkarlığı və iradəsini göstərir.

Qeyd edək ki, Misir xarici işlər nazirliyi və İordaniya xarici işlər naziri də Trampın «Qəzzə sakinlərinin qonşu ölkələrə köçürülmələri» istəyinə qarşı çıxıblar. Onlar bu hərəkəti qəbuledilməz adlandırıblar.

İordaniyanın xarici işlər naziri Əymən Əssəfədi bu ölkə vətəndaşlarının hüquq və maraqlarının qorunması vacibliyini vurğulayıb. O, ölkəsinin fələstinlilərin daimi didərginliklərinə qarşı çıxdığını da bildirib.