Fev 23, 2025 13:55 Asia/Baku
  • Qar və çovğun insanların Beyruta doğru axınına mane ola bilməyib

İnformasiya mənbələri xəbər veriblər ki, qar yağıntısı və çovğun da daxil olmaqla iqlim şəraitinin münasib olmamasına rəğmən, insanların Livanın müxtəlif bölgələrindən Livan Hizbullahının şəhid baş katibi Seyid Həsən Nəsrullahın cənazəsinin müşayiət mərasiminin Beyrutda keçirildiyi məkana doğru iri axınlı hərəkəti səhərədək davam edib.

İnsanların Beyruta doğru axını elə cərəyan edir ki, qar və çovğun onları bugünkü mərasimdə iştirakdan çəkindirə bilməyibdir.

Hizbullah-ın Bəqa bölgəsindəki media məsulu 23 min avtomobil, 238 avtobus və 670 mikroavtobusdan ibarət bir karvanın hərəkətindən xəbər verib.

Hacı Malik Yaği bildiribdir ki, hər an sayı artan avtomobillər şənbə günü səhər saatlarından coşan bir sel kimi Beyruta doğru hərəkətdədirlər.

Şəhidlər- Livan Hizbullahının sabiq baş katibi Seyid Həsən Nəsrullahın və onun müavini- Seyid Haşim Səfiəddinin cənazələri bu gün- fevralın 23-də Livanın cənubunda müşayiət olunmalıdır.

Livan Hizbullahının şəhid baş katibi Seyid Həsən Nəsrullah cümə günü- 2024-cü il sentyabr ayının iyirmi yeddisində qəsbkar sionist rejimin Beyrutun Cənubi Zahiyyə bölgəsinə qarşı cinayətkarcasına hücumunda şəhid edildi.