Hizbullah: "Bizim gücümüz təkcə silahda deyil, həm də iradə və döyüş əzmindədir"
Livan Hizbullahından olan millət vəkili İbrahim əl-Musəvi şəhidlərin məqamını yüksək qiymətləndirərək, xalq və müqavimətin sabitliyini düşmən qarşısında möhkəm dayanmağın əsas amili adlandırıb və vurğulayıb: "Qələbəmizin sirri iradədədir".
Livan parlamentində "Müqavimət Blokuna Sadiqlik Fraksiyası”nın nümayəndəsi Əli Ədnan Həmiyyənin şəhadəti münasibəti ilə Bəqa bölgəsində və Tariya hüseyniyyəsində keçirilən anım mərasimində şəhidlərin uca məqamını vurğulayaraq, deyib: "Bu şəhidlərin hüzurunda bir vüqufdur və onların hüzurunda hər bir vüquf, böyük vüqufdur. Çünki, onlar Allahla bağladıqları əhdi ixlasla yerinə yetirdilər və peyğəmbərlərin, imamların və əməlisalehlərin sırasına qoşuldular".
Əl-Musəvi əlavə edib: "Şəhid Əli Həmiyyə, düşmən qarşısında ilk andan möhkəm dayananlardandır. O, Tariyadan Bəlidaya doğru yola düşdü ki, sanki Kərbəla və Aşuradan gəlmiş güllələrlə qarşılaşsın".
Musəvi xalqın və müqavimətin son təcavüz qarşısında sabitliyini yüksək qiymətləndirərək, vurğulayıb: "Qələbəmizin sirri iradədədir".
Musəvi birliyin və vəhdətin əhəmiyyətini vurğulayaraq, deyib: "Seyid Həsən Nəsrullahın ruhuna təqdim edə biləcəyimiz ən böyük hədiyyə razılaşmaq və vəhdətdir. Seçki siyahılarının konsensusla və rəqabətsiz qalib gəlməsi daha gözəldir, çünki konsensus və yekdillik ağıllı və sadiq insanların seçimidir".