Sionist rejim 36 xəstəxananı bombalayaraq, dağıdıb
Fələstin Özünü İdarəetmə Təşkilatının Qəzzədəki informasiya ofisi elan edib ki, Qüdsü işğal edən rejim öz soyqırım cinayətləri çərçivəsində indiyədək Qəzzə zolağında 36 xəstəxananı yandırıb, bombalayıb, dağıdıb və ya çıxararaq yararsız hala salıb.
Qəzzədə Hökumətin İnformasiya İdarəsi bildirib ki, bu rəqəmlər sionist rejimin döyüş təyyarələrinin bazar günü gecə saatlarında Əl-Əhli Əl-Ərəbi və ya Əl-Mömədani xəstəxanasına hücum edərək, onun təcili yardım binasına iki raket atmasından sonra açıqlanıb. Hücum nəticəsində xəstəxananın qəbul şöbəsinə, laboratoriyasına və aptekinə ciddi ziyan dəyib.
Raket hücumundan sonra tibb müəssisəsini tərk etmək barədə ikinci mesaj alındıqdan sonra çox sayda yaralı və xəstə xəstəxananı tərk etmək məcburiyyətində qalıb.
Bəzilərinin vəziyyəti ağır olan onlarla yaralı və xəstə xəstəxananın ətrafında küçələrdə uzanaraq, tibbi yardım almağı gözləyir. Hücum bütün dünyada geniş qınaqla qarşılanıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də İsrail rejiminin Əl-Mömədani xəstəxanasına yenidən hücumunu və Qəzzədə davam edən soyqırımı şiddətlə qınayıb və beynəlxalq ictimaiyyəti və səlahiyyətli beynəlxalq qurumları, xüsusilə BMT Təhlükəsizlik Şurası, Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsini bu dəhşətli cinayətə ciddi reaksiya verməyə çağırıb.