Qaçqın çadırlarına hücumda 23 nəfər şəhid olub; onlarla yaralı var
Sionist rejimin işğalçı ordusunun PUA-ları Qəzzənin müxtəlif bölgələrinə 3 ayrı hücumda qaçqın çadırlarını hədəf alıb, nəticədə onlarla şəhid və yaralı var.
Sionist rejimin Qəzzə zolağına hava hücumlarının qurbanlarının sayı 23 şəhid və onlarla yaralıya çatıb. Bu hücumlar Qəzzənin şimal və cənubunda qaçqın çadırlarını və əraziləri hədəf alıb, qurbanlar arasında qadınlar və uşaqlar da var.
Tibb mənbələri bildiriblər ki, Qəzzənin şimalındakı Cebaliyya düşərgəsində qaçqınların çadırlarına PUA ücumu nəticəsində 7 fələstinli şəhid olub. Yayımlanan görüntülərdə hadisə yerində yanan böyük yanğın görünür.
Qəzzənin şimalındakı Beyt Lahia qəsəbəsində qaçqınların çadırlarının hədəfə alınması nəticəsində bir fələstinli ailənin 6 üzvü şəhid olub.
Həmçinin Qəzzənin cənubundakı Xan Yunisin Məvasi bölgəsində əksəriyyəti qadın və uşaq olmaqla 15-dən çox şəhidin cəsədi dağıntılar altından çıxarılıb.
Məcburi köçkünlərin çadırlarına bu birbaşa hücumlar yanğınlara, cəsədlərin və yaralıların yanmasına səbəb olur.