Hizbullah İsrail rejiminin Livanın cənubundakı hədəflərinin reallaşmasına mane oldu
Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim bir çıxışda vurğulayıb ki, Livan müqaviməti cənub sərhədlərində İsrail rejimini dayandırıb və bu rejimin öz məqsədlərinə çatmasına mane olubdur.
Şeyx Nəim Qasim öz çıxışında sionist rejimin Livana qarşı hücumlarının və atəşkəs razılaşmalarının pozulmasının davam etməsinə işarə edib, qəsbkarlıq qarşısında müqavimətin vacibliyini vurğulayıb.
Hizbullah-ın İsrail rejiminin irəliləməsinin qarşısının alınması sahəsindəki roluna toxunan Qasim, fələstinlilərə dəstəyə təkid edib.
Müqavimətin tərk-silah edilməsi, İsrail rejiminə xidmət etmək deməkdir- deyən Livan Hizbullahının baş katibi Livan hökumətini ölkənin bərpası və gücləndirilməsinə, eləcə də Amerikanın təzyiqlərinə cavab verməyə çağırıb.
Şeyx Nəim Qasim həmçinin təhdidlərlə mübarizə üçün Livan hökumətilə həmkarlığın və diplomatiyanın önəminə toxunub. Vurğulayıb ki, Hizbullah/ Fələstini himayə etməyi davam etdirəcək.