Sionist rejim Suriyaya hava zərbələri endirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i420447-sionist_rejim_suriyaya_hava_zərbələri_endirib
Suriya mediası sionist rejimin bu ölkənin qərbindəki Laziqiyyəyə endirdiyi hava zərbələri nəticəsində bir mülki şəxsin həlak olduğunu, üç nəfərin isə yaralandığını bildiriblər.
(last modified 2025-05-31T07:12:39+00:00 )
May 31, 2025 11:10 Asia/Baku
  • Sionist rejim Suriyaya hava zərbələri endirib

Suriya mediası sionist rejimin bu ölkənin qərbindəki Laziqiyyəyə endirdiyi hava zərbələri nəticəsində bir mülki şəxsin həlak olduğunu, üç nəfərin isə yaralandığını bildiriblər.

Sionist rejim ordusunun Suriyanın qərbindəki Laziqiyyə vilayətinin Cəblə şəhərinin yaxınlığında yerləşən Zama kəndində 107-ci briqadaya hava hücumu nəticəsində bir mülki şəxs həlak olub, daha üç nəfər isə yaralanıb. 

Zamanın 107-ci briqadası yer-yer və yer-dəniz tipli raketlərin buraxılış sistemlərinə malikdir.

Sionist rejim qırıcıları, həmçinin Laziqiyyənin Əl-Şamiyyə kazarmasını,  eləcə də xüsusi bölmələrin köhnə qərargahı olan və keçmiş rejimin böyük qruplarının və texnikasının yer aldığı Tərtusun ətrafındakı Əl-Bəlatə kazarmasını hədəfə alıblar. 

Suriya İnsan Haqları Müşahidə Qrupu 2025-ci ilin əvvəlindən İsrailin Suriya ərazisinə 55 hücumunu qeydə alıb ki, onlardan 47-si hava hücumu, 8-i quru hücumu olub.

Bu hücumlar silah və sursat anbarları, qərargahlar, hərbi mərkəzlər və hərbi maşınlar da daxil olmaqla 80-ə yaxın obyektin zədələnməsi və məhv edilməsi ilə nəticələnib. Hücumlarda həmçinin 35 suriyalı həlak olub.