Qəzzədə daha 60 fələstinli şəhid olub
May 31, 2025 21:24 Asia/Baku
Fələstin mediasının məlumatına görə, sionist rejimin son 24 saat ərzində Qəzzə zolağına davam edən hava hücumları nəticəsində 60 fələstinli şəhid olub, 284 nəfər isə yaralanıb.
Qəzzə Səhiyyə Nazirliyi bildirib ki, 2023-cü ilin oktyabrından bu yana sionist rejimin Qəzzə zolağına qarşı müharibəsi nəticəsində şəhid olanların ümumi sayı 54 381 nəfərə, yaralıların sayı isə 124 min 54 nəfərə çatıb.
Bu gün, şənbə günü, İsrail rejiminin Qəzzə zolağına hücumlarını bərpa etməsinin 75-ci günündə Zolağın müxtəlif bölgələri cinayətkar rejim ordusunun hava hücumları və artilleriya atəşinin şahid olub.