İyun 01, 2025 12:40 Asia/Baku
  • Sionist rejimin Suriya ərazisinə təcavüzü davam edir

İnformasiya mənbələri bir daha İsrail rejiminin Suriyanın cənubuna qarşı hərbi təcavüzü və bu rejimin hərbi qüvvələrinin Əl-Qunəytrə əyalətində irəliləmələrindən xəbər veriblər.

Qəsbkar İsrail rejimi ordusunun qüvvələri Suriyanın cənubunda yerləşən Əl-Qunəytrə əyalətinin ətrafındakı Cəbəh və Xan-Ərnəbəh qəsəbələri arasında irəliləməkdədirlər.

Bu anadək bu irəliləmənin hədəfləri və ya Suriya hökumətinin tabeliyində olan qüvvələrlə ehtimal olunan toqquşma barədə detallar yayılmayıb.

Bəşşar Əsəd hökumətinin süqut etdiyi zamandan bəri qəsb olunmuş Cövlan bölgəsilə Suriyanın əsas ərazisi arasındakı bufer xəttdən keçən sionist rejim ordusu Dəra və Əl-Qunəytrə əyalətlərində Cövlana yaxın bölgələri işğal etməyi davam etdirib.