Təl-Əvivdə anti-müharibə aksiyası keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i420464-təl_Əvivdə_anti_müharibə_aksiyası_keçirilib
Sionist mənbələr dünən gecə xəbər veriblər ki, Netanyahunun siyasətlərinə və müharibəyə qarşı çıxanlar Təl-Əvivdə keçirdikləri aksiyada bütün sionist əsirlərin azad olunmalarını tələb ediblər.
(last modified 2025-06-01T05:20:16+00:00 )
İyun 01, 2025 09:19 Asia/Baku
  • Təl-Əvivdə anti-müharibə aksiyası keçirilib

Sionist mənbələr dünən gecə xəbər veriblər ki, Netanyahunun siyasətlərinə və müharibəyə qarşı çıxanlar Təl-Əvivdə keçirdikləri aksiyada bütün sionist əsirlərin azad olunmalarını tələb ediblər.

Bu xəbəri verən sionist rejimin on ikinci telekanalı qeyd edibdir ki, Təl-Əvivdə yerləşən «Begin» körpüsü yaxınlığında keçirilən aksiyanın iştirkaçıları bir razılaşma çərçivəsində bütün sionist əsirlərin azad olunmalarını istəyiblər.Sionist rejim Həmas hərəkatını aradan götürmək və sionist əsirləri Qəzzə zolağından geri qaytarmaq kimi iki əsas məqsədlə 2023-cü ilin yeddi oktyabrında bu bölgəyə qarşı müharibəyə başladı. Amma bu hədəflərə çatmaqda uğursuz qalan İsrail rejimi Həmas hərəkatı ilə əsirlər mübadiləsi barədə razılaşmaya məcbur oldu.