İyun 01, 2025 15:22 Asia/Baku
  • Sionist İsrailin İrəvandakı səfiri Azərbaycana sataşdı:

Sionist İsrail rejiminin İrəvandakı səfiri Coel Lion bu rejimin 77 illiyi ilə bağlı düzənlənmış ziyafətdə Ermənistanı tərifləyib və onun İsrail ilə oxşar taleyə malik olduğunu vurğulayıb.

Sionist diplomat deyib: “Hər ikimiz qədim millətik, tarixən təqib olunmuşuq, sınaqlardan çıxmaq, sağ qalmaq, milli kimlik, milli ləyaqət və suverenlik uğrunda mübarizənin nə olduğunu hər ikimiz bilirik, aramızda qarşılıqlı hörmətin əsasını məhz bu təşkil edir”.

Coel Lion sonra Qəzzə tragediyasının bütün dünyanı lərzəyə gətirdiyini ört-basdır edərək, öz riyalar açıqlamasının davamında bildirib: “Bizim xalqımız sürgün alovlarından və kütləvi qırğınlardan çıxaraq öz suverenliyini bərpa etdi, bu ağır vaxtlarda dünya üzrə bütün dostlarımızdan güc alırıq ki, Ermənistan da bu dostlarımızın sırasındadır”.

Xatırladaq ki, sionistlər Britaniyanın vəsvəsəsi ilə 1948-də Fələstin xalqının torpaqlarını işğal edərək terror yolu ilə özlərinə qondarma dövlət qurmuşlar və onların işğal planları bu gün də davam edir və məzlum Fələstin xalqı öz doğma torpaqlarından sürgün edilir.

Səfir Coel Lionun sözlərinə görə, Ermənistan və İsrail arasındakı münasibətlərin, əməkdaşlığın dərinləşdirilməsi üçün real fürsət yaranıb və İsrail Ermənistanla münasibətlərini inkişaf etdirməkdə maraqlıdır, bu, onlar üçün vacibdir.

İsrailli diplomatın cəfəng fikirləri Azərbaycan Respublikasında qınaq obyektinə çevrilb.

Bakı Xəbər qəzetinin baş redaktoru Aydın Quliyeb bu barədə bildirib ki, cənab səfir Azərbaycanın Ermənistanın suverenliyinə guya təhlükə yaratması və Qarabağ ermənilərinin guya deportasiya edildiyi barədə nağıl uydurur.

Jurnalist həmçinin sionist rejimin İrəvandakı səfirini erməni revanşizminə əlavə ruh verməkdə günahlandırıb.

Bu arada Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli də sionist rejimlə məsafə saxlamağa eyham vuraraq, Azərbaycanın İbrahim Sazişləri Planına qoşulmasının yolverilməz olduğunu söyləyib.

Politoloq öz Facebook paylaşımında yazıb ki, bu sazişlər əslində İsrailin və sionimzin Yaxın Şərqdə hökmranlığının kağız üzərində təsdiqlənməsidir. “Hesab edirəm ki, ölkəmiz bu sazişi imzalamamalıdır. Zira bu saziş ölkəmizin maraqlarına cavab vermir və Azərbaycana heç bir aidiyyatı yoxdur. Ümid edirəm ki, Azərbaycan hakimiyyəti müdriklik göstərərək, bu razılaşmaya imza atmayacaq”, - deyə Əhəd Məmmədli qeyd edib.