İyul 02, 2025 13:04 Asia/Baku
  • Yəmənlilərin raketi milyonlarla sionisti sığınacaqlara qaçmağa məcbur etdi

Xəbər mənbələri Yəməndən işğal olunmuş Fələstin ərazilərinə doğru raket atıldığını və təhlükə sirenlərinin səslənməsindən sonra milyonlarla sionistin sığınacaqlara qaçdığını bildiriblər.

Səma xəbər agentliyinin məlumatına görə, Yəmən raketi Fələstinin hava məkanına daxil olan zaman Qüds, Təl-Əviv və ətraf bölgələrdə təhlükə sirenləri işə düşüb.

İşğal olunmuş Fələstin ərazilərinin müxtəlif şəhərlərində sakinlər Yəmən raketinin onların səmasından keçməsinin şahidi olublar.

Sionist rejim ordusu Yəməndən atılan raketi ələ keçirərək, vurduğunu açıqlayıb.

İsrail ordusu radiosu da son üç ay yarım ərzində Yəməndən işğal olunmuş ərazilərdəki hədəflərə doğru 53 ballistik raketin atıldığını bildirib.