Yəmən qəsb olunmuş Fələstinə raketlə hücum edib
Sionist rejim ordusu Yəmən tərəfdən bir raketin atılmasından xəbər verib, sonra isə qəsb olunmuş Fələstinin şərqində həyəcan siqnalları səsləndirilib.
Sionist rejimin daxili cəbhə komandanlığı bu gün səhər saatlarında Yəmən tərəfdən raketin atıldığını müşahidə edib. Ondan sonra qərb sahilinin şərqində, həmçinin Ölü dənizinə yaxın bölgələrdə həyəcan siqnalları səsləndirilib.
Yəmən tərəfdən raketin atılması ilə bir zamanda, Ben-Qurion hava limanının fəaliyyəti dayandırılıb və İsrail ordusunun səmanın təhlükəsiz olduğunu elan etməsinə qədər heç bir təyyarə enmə və qalxma icazəsi almayıbdır.
Sionist rejim ordusu bu raketi təqib və məhv etdiyini iddia edib. Bu anadək Yəmən ordusunun məsulları sözügedən atış barədə bir reaksiya göstərməyiblər.
“Məraya Əxbari-Qəzzə” adlı teleqram kanalı bu atışa reaksiyada bildiribdir ki, Yəmən Ənsarullahı qəsbkar rejimə raket atmaqla məhərrəm ayının onuncu gecəsini əziz tutubdur.