Yəməndən sionist rejimə qarşı qisas hücumu
Sionist rejimin Yəmənə təcavüzündən sonra yəmənlilər bu dəfə iki raketlə işğal olunmuş əraziləri hədəfə alıblar.
Qətərin Əl-Cəzirənin məlumatına görə, sionist rejim ordusu Yəməndən işğal olunmuş ərazilərə doğru iki raket atıldığını və bu raketlərin ələ keçirilməsi üçün səy göstərildiyini açıqlayıb.
Ordunun bəyanatına görə, bu ələ keçirmələrin nəticələri nəzərdən keçirilir və qiymətləndirilir.
Bu hücumlar fonunda işğal olunmuş ərazilərin bir neçə bölgəsində təhlükə sirenlərinin işə düşdüyü bildirilir.
Sionist rejimin təhlükəsizlik rəsmiləri raketlərin düşdüyü yer və ya ələ keçirilməsi ilə bağlı ətraflı məlumat yaymayıblar.
Sionist rejim mediası, həmçinin bildiriblər ki, Yəmənə son hücum zamanı ümumilikdə 56 bomba bu ölkənin üzərinə yağdırılıb.
Eyni zamanda Yəmənin hərbi mənbələri “Əl-Məyadin” telekanalına müsahibəsində ölkənin hava hücumundan müdafiə qüvvələrinin Əl-Hüdeydə əyalətində sionist rejimin hava hücumlarının ilkin dalğası ilə qarşılaşmağa və bu təcavüzün əhəmiyyətli hissəsini zərərsizləşdirməyə müvəffəq olduğunu vurğulayıblar.
Mənbələrin bildirdiyinə görə, ölkənin hava hücumundan müdafiə sistemləri “yer-hava” tipli raketlərin ilk dalğasını ataraq, sionist rejimin 10 qırıcısını hər hansı bir əməliyyat keçirməzdən əvvəl Yəmənin hava məkanını tərk etməyə məcbur ediblər.
Mənbələr, həmçinin bildiriblər ki, düşmən qırıcıları Yəmənin hava hücumundan müdafiəsi ilə üzləşdikdən sonra Əl-Hüdeydə səmasını tərk ediblər və digər vilayətlərə daxil ola və ya əvvəlcədən müəyyən edilmiş məqsədlərini həyata keçirə bilməyiblər.