Sionist rejim "Əl-Məyadin" telekanalının işğal olunmuş ərazilərdəki ofis rəhbərini həbs edib
İyul 07, 2025 15:34 Asia/Baku
Əl-Məyadin telekanalı bu gün səhər saatlarında sionist rejimin daxili təhlükəsizlik xidməti "Şabak"ın zabitlərinin, kanalın işğal olunmuş ərazilərdə, İordan çayının qərb sahilində, Beyt Ləhm şəhərində yerləşən ofisinin rəhbəri Nəsir Əl-Ləhamı evində həbs etdiyini açıqlayıb.
Şabak əməkdaşları Nəsir Əl-Ləhamın evində axtarış apararaq əmlakına ziyan vurub və şəxsi telefonlarını müsadirə ediblər.
"Fəth" hərəkatının sözçüsü Münzir Əl-Hayik bu hadisəyə münasibət bildirərək deyib ki, sionist rejimin bu həbsi jurnalistləri susdurmaq və qorxutmaq məqsədi daşıyır.