Avq 09, 2025 13:18 Asia/Baku
  • Heç kim müqaviməti tərksilah edə bilməz

Livan Hizbullahının Siyasi Şurasının sədr müavini Mahmud Qəmati bildirib ki, Hizbullah Amerikanın müqaviməti tərksilah etmək planını yalnız kağız üzərində mürəkkəb hesab edir və heç vaxt onu həyata keçirməyəcək".

Hizbullahın Siyasi Şurasının sədr müavini Mahmud Qəmati Əl-Məsirə telekanalına verdiyi müsahibədə, deyib: "Livan hökumətinin silaha sahib olmağı öz inhisarına almaq qərarı razılaşdığımız və bunun üçün ağır bədəl ödədiyimiz milli konsensusa qarşı çevrilişdir". 

Mahmud Qəmati əlavə edib: "Milli konsensusda sionistlərin hərbi təcavüzünün dayandırılması, düşmənin Livan ərazisindən çıxarılması, məhbusların azad edilməsi və yenidənqurma mərhələsinin başlanması kimi Livanın prioritetlərinə fokuslanıb. Bununla belə, hökumətin düşmənə daha çox bədəl ödəmək və silahları təslim etmək tələbləri tamamilə qəbuledilməzdir".

"Livanın Nazirlər Kabinetinin üzvləri onları pulla təmin edən ərəb şahzadələrinin təzyiqlərinə təslim olublar, eləcə də Amerikanın diktəsinə təslim olublar. Livan hökumətinin Amerika planını təsdiqləmək üçün toplantı keçirməsi utancverici, rüsvayçılıq və həyasızlıqdır", - deyə o qeyd edib. 

Qəmati davamında deyib: "Biz hökumətin qərarını icra etməyəcəyik və onu kağız üzərində mürəkkəb hesab edirik, bunun da bizim üçün heç bir mənası yoxdur.  Bu dünyada heç kim bu qərarı həyata keçirə və bizi silahlarımızdan əl çəkməyə məcbur edə bilməz. Silahlarımızı və müqaviməti bütün qanuni və dinc vasitələrlə müdafiə edəcəyik". 

"Silahlarımızı Livanın daxili ərazilərinə yönəltməyəcəyik və nə ordu ilə, nə də Livanın hər hansı bir partiyası ilə heç bir daxili çəkişməyə girməyəcəyik. Hər cür fədakarlıq edən xalqımız öz silahından möhkəm yapışıb və onu təslim etməkdən imtina edir”.