Avq 11, 2025 15:33 Asia/Baku

Qəzzədə yerləşən «Şifa» tibb kompleksinin direktoru bildiribdir ki, sionist rejimin jurnalistlərin çadırına qarşı hücumunda yeddi fələstinli şəhid olub.

İsrail rejiminin «Şifa» xəstəxanasının kənarında yerləşən jurnalistlər çadırına qarşı PUA basqını zamanı Əlcəzirə telekanalının Ənəs Əlşərif və Məhəmməd Qəriqə adlarında iki müxbiri şəhid olub. Hücumda telekanalın İbrahim Zahir və Məhəmməd Nofəl adlarında operatorları da şəhid ediliblər.

«Şifa» tibb kompleksinin direktoru Əbu-Sulh Səlmiyyə Əlcəzirə telekanalına deyibdir ki, sionist rejimin jurnalistlərin çadırına qarşı hücumu yeddi fələstinlinin şəhadəti ilə nəticələnib.

Fələstinli mənbələrin bildirdiklərinə görə, Ənəs Əlşərif, Məhəmməd Qəriqə, İbrahim Zahir və Məhəmməd Nofəldən əlavə, sözügedən hava hücumunda jurnalist Məhəmməd Əlxalidi və operator Mömin Əlivə də şəhid olublar.