Avq 12, 2025 15:10 Asia/Baku
  • Livanlılar «İran bizim hamimizdir» həştəqini trend ediblər

Livanda sosial şəbəkə istifadəçiləri, xüsusən, bu ölkənin şiələri və jurnalistlər İran milli təhlükəsizlik ali şurasının katibi Əli Laricaninin Beyruta səfərilə bir zamanda, mənalı və təşəbbüs xarakterli bir addımda «İran qəyyum yox, hamidir» həştəqini trend ediblər.

Bu addım, Amerikanın və sionist rejimin Livan Hizbullahına qarşı təzyiq və sabotajlarının artması fonunda atılıb.

Sözügeən həştəq, Qərbin və İsrail rejiminin Livan Hizbullahının İrandan asılı olmasına dair media atmosferi yaratmaları və Tehranın Livana qəyyumluğunun təlqin edilməsinə cavab olaraq sürətlə virtual mühitdə yayılıb və böyük rəğbətlə qarşılanıb.

Bu həştəqin trend olması, müqavimət mehvərinə qarşı düşmənçilik iddialarının rədd olunduğu, həmçinin İran İslam Respublikası ilə strateji əlaqələrin insanlar tərəfindən qətiyyətlə himayə edildiyini göstərir.