Avq 20, 2025 13:46 Asia/Baku
  • İsrail rejiminin Qəzzədəki cinayətləri davam edir

Bu günün səhər saatlarından bəri İsrail rejiminin Qəzzə boyu keçirdiyi aivasiya basqınları, qadınlar və uşaqlar daxil olmaqla, azı otuz beş nəfərin həyatına son qoyub.

Sonuncu əməliyyatda Əlşati didərginlər düşərgəsindəki bir çadırın bombalanması nəticəsində üçü- azyaşlı uşaq olmaqla, bir ailənin beş üzvü həyatını itirib.

Bir neçə nəfər də, o sıradan, bir ana iki övladı ilə Xan Yunusda həyatını itirib.

Əlnusəyrat düşərgəsində də tələfatın baş verdiyi xəbər verilib.

2023-cü ilin yeddi oktyabrından bəri, İsrail rejiminin Qəzzəyə qarşı müharibəsi, altmış iki mindən çox mülkini öldürüb, yüz əlli altı mindən çox insanı isə yaralayıb; onların əksər hissəsi, qadınlar və uşaqlardır. On bir min nəfərdən çox insan da hələ də itkindir. Bu əsnada, yüz minlərlə nəfər didərgin düşüb. Aclıq da, yüz on iki mini uşaq olmaqla, iki yüz altmış altı nəfərin həyatını əlindən alıb.