Okt 05, 2025 13:08 Asia/Baku
  • Sionist qəsəbə sakinləri Netanyahu əleyhinə geniş aksiya keçiriblər

Sionist rejimin baş naziri Benyamin Netanyahunun Qəzzə müharibəsinin davam etdiriləcəyinə dair sözləri, bir daha minlərlə sionist qəsəbə sakinini küçələrə çəkib.

Onlar bu sözlərə etiraz olaraq, Netanyahudan, tez bir zamanda Həmas-la əsirlər mübadiləsi barədə razılaşma imzalamağı tələb ediblər.

Sionist əsirlərin ailələri Təl-Əvivdə keçirdikləri aksiyada, Netanyahu hökumətindən Qəzzədəki müharibəyə son qoyması və əsirlər mübadiləsi razılaşmasının yerinə yetirilməsi üçün Həmas hərəkatı ilə anlaşmaya çatmasını israrla tələb ediblər.

Etirazların keçirilməsi fonunda qeyd edək ki, Netanyahu belə deyib: Müharibənin dayandırılması üzrə geniş daxili və xarici təzyiqlərə baxmayaraq, hədəflərin tam şəkildə reallaşmasınadək, Qəzzə zolağında hərbi əməliyyatı davam etdirəcəyik.