Sionist rejimin bayrağı Quneytərədə ucaldıldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i421805-sionist_rejimin_bayrağı_quneytərədə_ucaldıldı
Xəbər mənbələri sionist rejimin Quneytərə şəhərinin bir meydanında öz bayrağını ucaltdığını əks etdirən görüntülər yayımlayıblar. Bu görüntü suriyalı vətəndaşların hisslərini dərindən yaralayıb.
(last modified 2025-10-01T06:57:55+00:00 )
Okt 01, 2025 10:56 Asia/Baku
  • Sionist rejimin bayrağı Quneytərədə ucaldıldı

Xəbər mənbələri sionist rejimin Quneytərə şəhərinin bir meydanında öz bayrağını ucaltdığını əks etdirən görüntülər yayımlayıblar. Bu görüntü suriyalı vətəndaşların hisslərini dərindən yaralayıb.

Videoda sionist hərbçilər “Hatikva” adlı himni oxuyurlar. Bu təhrikedici hərəkət Suriyalılar arasında geniş qəzəbə səbəb olub və sosial şəbəkələrdə reaksiyalarla müşayiət olunub.

Video dağıdılmış bir ərazidə çəkilib. Hansı ki, sionist rejim ordusu Bəşşar Əsəd rejiminin süqutundan sonra Suriyanın cənubuna təcavüzünü və nüfuzunu davam etdirərək, həmin ərazidə yeni hərbi baza qurub.