Yəmən qəsb olunmuş Qüdsdəki həssas hədəflərə raketlə hücum edib
Okt 05, 2025 13:31 Asia/Baku
Yəmən silahlı qüvvələrinin sözçüsü qəsb olunmuş Qüdsdəki həssas hədəflərə qarşı yeni raket hücumundan xəbər verib.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Sərii bir bəyanatda bildiribdir ki, məzlum Fələstin xalqına dəstək istiqamətində və Qəzzə əhalisinə qarşı soyqırıma cavab olaraq, Yəmən silahlı qüvvələrinin raket bölməsi özünəməxsus hərbi əməliyyatda, işğal olunmuş Qüds bölgəsindəki xeyli sayda həssas hədəfi nişan alıb.
O, bu əməliyyatın bir neçə başlıq daşımaq qabiliyyətinə malik olan “Fələstin-2” tipli hipersonik ballistik raketlə həyata keçirildiyini bildirib.
Sərii vurğulayıb ki, əməliyyat uğurla həyata keçirilib və milyonlarla sionist qəsbkar sığınacaqlara doğru qaçıb.