Noy 05, 2025 13:45 Asia/Baku
  • Haridilər hərbi xidmətdən qaçmaq üçün işğal olunmuş əraziləri tərk edirlər

Onlarla ultraortodoks yəhudi və ya işğal olunmuş Fələstin ərazilərində məcburi hərbi xidmətə göndərilmək və həbs olunmaq qorxusundan bu əraziləri tərk edərək, həmişəlik Nyu-Yorka köçürlər.

Sionist rejimin"Yeddi" adlı xəbər kanalı bildirib ki, hərbi xidmətdən azadolma qanun layihəsinin böhranlı vəziyyəti və orduda ciddi kadr çatışmazlığı fonunda bir çox haridilər məcburi hərbi xidmətə və müharibəyə cəlb olunmamaq üçün "vəd olunmuş torpağı" tərk etməyə üstünlük verirlər.

Bu tendensiya Rişon Letzion şəhərində bir haridi tələbənin hərbi xidmətə getməkdən imtina etdiyi üçün zorakı şəkildə həbs olunmasından sonra daha da güclənib. Haridi liderləri bu həbsi Qəzzədəki sionist əsirlərin vəziyyəti ilə müqayisə ediblər və cümə axşamı Qüds küçələrində milyonlarla insanın iştirak etdiyi genişmiqyaslı etiraz aksiyası keçirərək, məcburi hərbi xidməti "qırmızı xətt" adlandırıblar.

Hərbi xidmətdən azadolma qanun layihəsinin təsdiqi məsələsi sionist rejim kabinetində ciddi və qalmaqallı böhrana çevrilib. Haridi partiyaları bu qanunun qəbulunu və azadolma hüququnun qorunmasını tələb edir, hətta baş nazirin koalisiyasını dağıtmaqla hədələyirlər. Halbuki cəmiyyətin böyük bir hissəsi və müxalif partiyalar qanunun hamıya bərabər şəkildə tətbiq olunmasını istəyirlər. Sionist rejim ordusuda isə xüsusilə əməliyyat qüvvələri sahəsində ciddi kadr çatışmazlığı yaşanır ki, bu da böhranı daha da dərinləşdirir.