Noy 08, 2025 13:36 Asia/Baku
  • Yəmən təhlükəsizlik sahəsində böyük nailiyyətini açıqlayacaq

Xəbər mənbələri Yəmən Daxili İşlər Nazirliyinin bu gün böyük təhlükəsizlik nailiyyətini açıqlayacağını bildiriblər.

Yəmən Daxili İşlər Nazirliyi bir bəyanatda bu gün Səna vaxtı ilə saat 16:00-da böyük bir təhlükəsizlik nailiyyətini elan edəcəyini açıqlayıb.

Son həftələrdə Yəmən uğurlu kəşfiyyat əməliyyatları vasitəsilə bu ölkədəki casus şəbəkələrinə sarsıdıcı zərbələr endirə bilib.

Bu kontekstdə, Yəmənin kəşfiyyat orqanları beynəlxalq yardım agentliklərinin işçiləri adı altında ABŞ və sionist rejiminə casusluq edən bir sıra xarici vətəndaşı həbs ediblər.