Noy 08, 2025 11:43 Asia/Baku
  • Sionist rejimin ölüm daxmaları ifşa olunub

Guardian İsrail rejimi həbsxanalarında fələstinlilərə qarşı törədilən yeraltı işgəncələri ifşa edib

İngiltərənin “Guardian” qəzetinin sionist rejimin yeraltı həbsxanaları ilə bağlı dəhşətli reportajı, onlarla fələstinlinin məhkəməsiz və günəş işığına çıxış olmadan aylarla qaranlıq zindanlarda aclıq çəkərək, mühafizəçilərin planlı işgəncələri altında həyatlarını itirdiyini ortaya qoyur. 

“Guardian” bu reportajda, “Rəmlə” şəhəri yaxınlığında yerləşən “Rakefet” adlı gizli həbsxananı ifşa edib.

Reportajda bildirilir ki, bu həbsxanada təbii işığın daxil olması üçün heç bir deşik yoxdur və bütün kameralar, görüş otaqları, hətta hava almaq üçün istifadə olunan kiçik həyət belə yerin dərinliyində yerləşir. 

İngiltərə nəşri yazıb: "Rakefet həbsxanası 1980-ci illərin əvvəllərində İsrailin ən təhlükəli cinayətkarlarını saxlamaq üçün tikildi, lakin qeyri-insani şəraitə görə tez bir zamanda bağlandı. Bununla belə 2023-cü ildə baş verən 7 oktyabr hücumlarından sonra rejimin İfrat sağçı təhlükəsizlik naziri İtamar Ben-Qvir həbsxananın yenidən istifadəyə verilməsini əmr etdi".