Sionist rejimin ordusu ciddi kadr çatışmazlığı ilə üz-üzədir
Sionist rejim ordusu bir daha 12 min yeni hərbçinin cəlb edilməsinə ehtiyac olduğunu açıqlayıb.
Sionist rejim ordusu insan resursları çatışmazlığı səbəbindən dərhal 12 min yeni hərbçinin cəlb edilməsinə ehtiyac olduğunu bildirib. Bu çatışmazlıq döyüş birləşmələrində ən azı 7 min aktiv döyüşçü heyətini də əhatə edir ki, bu, hərbi əməliyyatların icrası üçün vacibdir.
Orduda kadr çatışmazlığı uzun müddətdir mövcuddur və Qəzzə müharibəsinin davam etməsi və tələfatların artması ilə daha da kəskinləşib. Münaqişələrin uzanması və döyüş bölgəsindəki təhlükələri səbəbilə bir çox sionist gənc hərbi xidmətə getməkdən imtina edir.
Bundan əlavə, ənənəvi olaraq, özlərini hərbi xidmətdən azad hesab edən haridi sionist cəmiyyəti də bu prosesə təsir göstərir və nəticədə ordunun döyüş sıralarında kadr çatışmazlığı daha da artır. Bu vəziyyət ordunu yeni qüvvələrin cəlbi və təlimi üçün genişmiqyaslı proqramlar həyata keçirməyə məcbur edib.