Livan İsrailin beton divar tikməsi ilə bağlı Təhlükəsizlik Şurasına şikayət edəcək
Rəsmi Beyrut bildirib ki, sionist rejimin yeni beton divarı "Mavi Xətt"dən keçir və BMT-nin 1701 saylı qətnaməsinə zidd olaraq, Livan torpağının bir hissəsini bağlayıb; BMT də bu barədə xəbərdarlıq edib.
Livan Prezidentliyi açıqlayıb ki, bu ölkə sionist rejimə qarşı BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət təqdim edəcək. Beyrutun bildirdiyinə görə, sionist rejim cənub sərhədində beton divar tikməyə başlayıb ki, bu divar 2000-ci ildə BMT tərəfindən müəyyən edilmiş "Mavi xətt"i keçərək, Livanın suverenliyini pozur.
BMT Baş katibinin sözçüsü Stefan Düjarrik təsdiqləyib ki, sionist rejimin tikinti fəaliyyəti Livanın dörd min kvadratmetrdən çox ərazisini bağlayıb və yerli sakinlərin həmin əraziyə çıxışını məhdudlaşdırıb. O əlavə edib ki, UNIFIL qüvvələri sionist rejimdən divarın Livan torpağına daxil olan hissələrini sökməsini tələb ediblər.
Livan hökuməti bu addımı 1701 saylı qətnamənin pozulması və sərhədlərin təhlükəsizliyinə təhdid kimi qiymətləndirib və xəbərdarlıq edib ki, divarın inşasının davam etməsi BMT tərəfindən təsdiqlənmiş rəsmi sərhədlərə mənfi təsir göstərə bilər.