Dek 02, 2025 14:27 Asia/Baku
  • Kəskin qüvvə çatışmazlığı, sionist rejim ordusunun böyük problemidir

Sionist rejimin on ikinci telekanalı bir məlumatda, sionistlərin bu rejim ordusuna qatılma miqdarının kəskin tərzdə azalmasından xəbər verib.

Sionist media vurğulayıb ki, İsrail rejimi ordusu zabitlər sırasında kəskin qüvvə çatışmazlığından əziyyət çəkir.

Bu məlumata görə, hal-hazırda müxtəlif sıralarda, min üç yüzə yaxın zabit vəzifəsi, boşdur. Bu da, bütün hərbi bölmələrə təsir göstərir.

Məlumatda qeyd olunur ki, bu çatışmazlıq, sionist rejim ordusunda, xüsusən də komandirlik vəzifələrində, xidmətə təmayülün hissolunacaq dərəcədə azalmasının nişanəsidir.

Sözügedən sionist rejim mediası öz məlumatını belə davam etdirib: Dəyərləndirmələr göstərir ki, bu çatışmazlıq, bütün bölmələrə və onların qüvvə cəzb etmək və təlim keçmək sahəsindəki qabiliyyətlərinə mənfi təsir edib. Xüsusən ona görə ki, İsrail rejimi iki min iyirmi üçüncü ilin yeddi oktyabrından sonra müxtəlif cəbhələrdə geniş problemlərlə üzləşir.

Sionist rejimin on ikinci telekanalı bundan öncə bildirmişdi ki, bu rejim ordusu/ əməliyyat və dəstək qüvvələri çatışmazlığından əlavə, Almaniyanın silah sanksiyası səbəbindən, hərbi texnikanın sıradan çıxması kimi kəskin böhranla üz-üzədir.