Hizbullah komandiri silahsızlanma şərtlərini rədd etdi və xəbərdarlıq etdi:
Bu təklifləri qəbul etmək tam təslim olmaq deməkdir
Hizbullah-ın yüksək rütbəli komandiri müqavimət silahlarının təhvil verilməsi tələblərini rədd edərək, bildirib ki, bu şərtləri qəbul etmək sionist rejim qarşısında tam təslim olmaq deməkdir.
Hizbullah-ın yüksək rütbəli komandiri Hüseyn əl-Nimr bəyan edib ki, bu hərəkat silahların təhvil verilməsi, hərbi mövqelərdən geri çəkilmə və sionist rejimə qarşı mübarizədən imtina ilə bağlı heç bir təklifi qəbul etmir.
O, bu şərtləri "tam təslim olmaq" adlandırıb və əlavə edib ki, Hizbullah müharibə axtarmır, lakin əgər müharibə ona zorla qəbul etdirilərsə, güclü şəkildə cavab verəcək.
Əl-Nimr bu hərəkatın üzərinə yönəlmiş siyasi, maliyyə və təhlükəsizlik təzyiqlərinə işarə edərək, bildirib ki, təhdidlər müxtəlif vasitələrlə, o cümlədən hücum, terror və beynəlxalq mesajlarla davam etsə də, Hizbullah geri çəkilməyəcək.