Cunblat şərt qoydu; atəş altında danışıqları qəbul etmirik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i422487-cunblat_şərt_qoydu_atəş_altında_danışıqları_qəbul_etmirik
Livan Tərəqqipərvər Sosialist Partiyasının sabiq rəhbəri Vəlid Cunblat Nəbih Berri ilə görüşündən sonra bəyan edib ki, danışıqlar yalnız tam sakitlik və sionist rejimin hücumlarının dayandırılması şəraitində mümkün ola bilər.
(last modified 2025-12-08T08:55:39+00:00 )
Dek 08, 2025 12:54 Asia/Baku
  • Cunblat şərt qoydu; atəş altında danışıqları qəbul etmirik

Livan Tərəqqipərvər Sosialist Partiyasının sabiq rəhbəri Vəlid Cunblat Nəbih Berri ilə görüşündən sonra bəyan edib ki, danışıqlar yalnız tam sakitlik və sionist rejimin hücumlarının dayandırılması şəraitində mümkün ola bilər.

Livan Tərəqqipərvər Sosialist Partiyasının sabiq rəhbəri Vəlid Cunblat bildirib ki, “atəş altında danışıqlar” Livan üçün qəbuledilməzdir. O, Nəbih Berri ilə görüşdən sonra vurğulayıb ki, hər bir dialoq yalnız düşmənin Livan torpaqlarından çıxması, tam atəşkəsin təsbit edilməsi və cənub sakinlərinin evlərinə qayıtmaları şərti ilə aparıla bilər. Cunblat İsrail rejimi ilə münasibətlərin normallaşdırılmasını rədd edərək, Livanın yalnız atəşkəsə sadiq olduğunu söyləyib. O, ordunun gücləndirilməsinin vacibliyinə və gələn il sülhməramlıların bölgədən çıxmağa hazır olduqlarına diqqət çəkib. Cunblat həmçinin müqavimətin tərksilahı planını “İsrail diktəsi” adlandırıb və Hizbullahın Livan cəmiyyətinin ayrılmaz hissəsi olduğunu qeyd edib.