İvrit dilli media etiraf edir:
Hizbullah İsrailin pilotsuz təyyarələrinin idarəsini ələ keçirdi
İvrit dilli mənbələri xəbər verirlər ki, Livan Hizbullahı dəfələrlə sionist rejim ordusunun pilotsuz uçuş aparatlarının idarəetmə sistemini ələ keçirməyə müvəffəq olub və rejim ordusu bu dronları məhv etməyə məcbur qalıb.
İvrit dilli medialar bildiriblər ki, Hizbullah qüvvələri bir neçə dəfə səmada sionist rejimə məxsus pilotsuz təyyarələrin idarəsini ələ keçirə biliblər.
Həmin mənbələr əlavə ediblər ki, sionist rejim ordusu bir çox hallarda dronlarının Hizbullahın əlinə keçməsinin qarşısını almaq üçün onları məhv etmək məcburiyyətində qalıb.
Hesabatlarda qeyd olunur ki, son döyüşlərdə Hizbullah qüvvələri dəyəri təxminən 10 milyon dollar olan bir neçə qabaqcıl Hermes 900 tipli pilotsuz təyyarəsini də vurub.
Bundan əlavə, Hizbullah daha əvvəl sionist rejimə məxsus “SkyLark” pilotsuz təyyarəsini tam salamat şəkildə ələ keçirdiyini açıqlamışdı.